Metodbirləşmə iclası keçirilib

     18 oktyabr 2024-cü il tarixində məktəbin  Fəaliyyət Planına uyğun olaraq məktəbdə müvəqqəti olaraq direktor sələhiyyətlərini icra edən və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərovanın  başçılığı ilə metodbirləşmə iclası keçirilib. 
     İclasda bütün fənn metodbirləşmələri iştirak edib. Fənn aylıqları, qarşılıqlı dərsdinləmələr, müasir təlim metodlarından istifadə, gənc müəllimlərlə işin təşkili və s. məsələlər müzakirə olunub, metodbirləşmə  sədrlərinə müvafiq təlimatlar verilib.
     Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi