"Təhlükəsiz məktəb" mövzusunda maarifləndirici görüş

Təhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədilə bir çox tədbirlər həyara keçirilir.
Bu mövzu ilə əlaqədar olaraq məktəbdə müvəqqəti olaraq direktor səlahiyyətlərini icra edən Zərifə Cəfərova 18 oktyabr 2024-cü il tarixdə 8-ci və 9-cu sinif şagirdlərinin iştirakı ilə maarifləndirici görüş təşkil etmişdir. Görüşün keçirilməsində məqsəd təhsilalanların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə məlumatlandırmaq olub. Görüş zamanı şagirdlərlə söhbətlər aparılıb, onlara təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması barədə ətraflı məlumat verilib.