Ekologiya aylığı

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə bu ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilir.
Bu məqsədlə məktəbin təsviri incəsənət müəllimi və "Mənim rəngli dünyam" dərnəyinin rəhbəri Abdullayeva Mətanət dərnək üzvlərinin rəsm işlərindən ibarət sərgi təşkil etmişdir. Sərgidə ekologiya və onun qorunması ilə bağlı mövzuları əks etdirən rəsm əsərləri nümayiş etdirilmişdir.