"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"

       XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 
15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir və bu hadisə Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu göstərir.
Bu gün isə,Azərbaycan xalqı artıq bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. 
       Müstəqilliyin Bərpası Günü münasibəti ilə məktəbin tarix müəllimi Ağayeva Vüsalə 7 "Ç" sinfində təşkilat saatı keçmişdir. O, bu şərəfli tarixi günlə bağlı geniş müzakirə aparmış və qeyd etmişdir ki, əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət hal-hazırda Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi dönməzdir , əbədidir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi