"Təhlükəsiz məktəb" mövzusunda maarifləndirici görüş

Təhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədilə bir çox tədbirlər həyara keçirilir.
Bu mövzu ilə əlaqədar olaraq 17 oktyabr 2024-cü il tarixdə 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirici görüş təşkil edilib.Görüşün keçirilməsində məqsəd təhsilalanların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə məlumatlandırmaq olub. Görüş zamanı şagirdlərlə söhbətlər aparılıb, onlara təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması barədə ətraflı məlumat verilib. Məktəbin direktor əvəzi Zərifə Cəfərova öz çıxışında qeyd edib ki, təhlükəsiz məktəb və təhlükəsiz mühitin təmin olunmasında valideynlərin də böyük rolu var. Belə ki, şagirdlərin məktəbə formada gəlməsi, dərsə gecikməməsi, dərsə davamiyyəti, məktəbə kəsici-deşici əşyalar gətirməsi kimi halların baş verməməsi istiqamətində valideynlər böyük məsuliyyət daşıyırlar.
İclasda məktəb mühitində təhlükəsizliyin təmin olunması istiqamətində onların üzərinə düşən öhdəliklər barədə bir daha şagirdlər təlimatlandırılmışdır.