"Məktəblərdə ekologiya ayı"

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə bu ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilir.
Bu məqsədlə 16/10/2024-cü il tarixdə məktəbin 8"Ə" sinfində biologiya müəllimi Zərifə Cəfərovanın təşkilatçılığı ilə təbiətin qorunmasına həsr olunmuş "Ekoloji tarazlığın qorunması və bərpası - layihə"sinin təqdimatı keçirilib.