"Məktəblərdə ekologiya ayı"

       Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə bu ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilir.
    Bu məqsədlə  15/10/2024-cü il tarixdə  məktəbin 8"Ç" sinfində biologiya müəllimi Zərifə Cəfərovanın təşkilatçılığı ilə təbiətin qorunmasına həsr olunmuş "Ekoloji tarazlığın qorunması və bərpası - layihə"sinin təqdimatı keçirilib.
Şagirdlərin müstəqil yaradıcı işi olan bu layihədə onlara verilmiş  mövzular üzrə tədqiqat aparmış,layihə mövzusu üzərində çalışdıqları zaman yeni bilik və bacarıqlar əldə etmişlər.
  Təlim layihələrinin yerinə yetirilməsi şagirdlərdə bir çox mühüm bacarıqların formalaşmasına səbəb olur.Bu məqsədlə keçirilən layihələrdə şagirdlərin komandada birgə işləmək,müstəqil tədqiqat aparmaq,nəticələri düzgün sistemləşdirmək və onları lazımi qaydada təqdim etmək kimi mühüm vərdişləri formalaşır və eləcə də bütün bunlar onların sərbəst fəaliyyətinin   yaranması üçün  böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi