Təhlükəsizlik tədbirləri ilə bağlı iclas keçirilib

        "Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə"  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il təlimati məktuba əsasən məktəblərdə normal iş ahənginin qurulması, təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, şagirdlərin, müəllimlərin və digər işçilərin fiziki, psixoloji və sosial təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilməli vacib tədbirlər çərçivəsində 10.10.2024-cü il tarixdə məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən Zərifə Cəfərova  pedaqoji heyətlə  iclas keçirib.İclasın gündəliyində duran məsələlər haqqında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı, psixoloji xidmətin təşkili vəziyyəti, müəllimlərin etik davranış qaydaları,sinif rəhbərlərinin fəaliyyət istiqamətləri, valideynlərin hüquq və vəzifələri,müəssisədaxili nizam intizam qaydaları, fövqəladə hallarla bağlı təhlükəsizlik tədbirləri barədə pedaqoji şura üzvləri təkrar məlumatlandırılıb, müəllim kollektivi məktəb mühitində təhlükəsizliyin təmin olunması istiqamətində onların üzərinə düşən öhdəliklər barədə bir daha təlimatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi