Məktəbəhazırlıq qruplarında dərslərə start verilib

Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbǝhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılmasıdır.
Uşaqların məktəbəhazırlıq qruplarında ən azı 1 il çalışması məhz bu məqsədə çatması üçün zəruri addımlardan biridir.
İlk dərs günü 5 yaşlı şagirdləri ibtidai siniflər üzrə direktor müavini Elnurə İsmayılova və ibtidai sinif müəllimləri qarşılayıb, onlara uğurlar arzulayıb. Balaca şagirdlər isə günün həyəcanını müəllimləri ilə birgə yaşayıblar.
Məktəbə ilk qədəmlərini qoyan hər bir şagirdə uğurlar arzulayırıq.