Müəllimimiz Beynəlxalq konfransda iştirak edib

Məktəblər şagirdlər arasında psixoloji sağlamlığın və rifahın təşviqi üçün açardır, çünki bu, onların inkişaf illərində xeyli vaxt keçirdikləri mühitdir. Buna görə də həm şagirdlərin, həm də müəllimlərin rifahının həlli Avropa Təhsil Məkanının əsas hədəf prinsipini təşkil edir.
26-28 sentyabr Avropa Məktəblərinin Təhsil Platformasının təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində "Məktəblərdə psixoloji sağlamlıq və rifah" mövzusunda illik konfrans keçirilib. Müxtəlif ölkələrdən olan təhsil işçilərinin qatıldığı tədbirdə xarici dil müəllimimiz İlahə Quliyeva da iştirak edərək müasir dövrdə şagird və müəllimlərin sosial-psixoloji rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edən müzakirə, dəyirmi masa ve panellərdə iştirak etmişdir.