Şəhid məzunumuzun adına tikilmiş "Bulaq- abidə kompleksi" ziyarət olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2023-cü il tarixli F- 191 nömrəli əmri ilə təsdiq olunmuş 27 sentyabr -Anım Günü və 8 noyabr -Zəfər Günü ilə bağlı Tədbirlər Planının icrasının 4-cü bəndinin yerinə yetirilməsinin təmin edilməsi üçün məktəbin ingilis dili müəllimi Alidə Şükürova və tarix müəllimi Quliyeva Gülnaz 5"A" sinif şagirdləri ilə məktəbin məzunu olmuş Şəhid Şəbiyev Məhəmmədin "Bulaq-abidə kompleksi"ni ziyarət etmiş,gül dəstələri qoymuşlar.Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş Məhəmməd Şəbiyevin əziz xatirəsi yad olunmuş,şagirdlər böyük ehtiramla Şəhidimizin həyat və döyüş yolu haqqında məlumatlar vermiş və şeirlər söyləmişlər.
Bu cür ziyarətlərin təşkil olunmasında əsas məqsəd şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması,bizə çox əziz olan Şəhidlərimizin unudulmaması və onların daim yad olunaraq şərəfli ömür yolları haqqında məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.