"27 Sentyabr- Anım Günü" münasibətilə tədbir keçirilib

       Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, hər il sentyabrın 27-də Anım Günü qeyd edilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli F-429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən  27.09.2024-cü il tarixdə məktəbdə Anım Gününə həsr olunmuş tədbir keçirilib. 
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və bunun ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Daha sonra müvəqqəti olaraq məktəbdə direktor səlahiyyətlərini icra edən Zərifə  Cəfərova 27 Sentyabr Anım Gününün tarixi əhəmiyyətindən söz açaraq bildirdi ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan Şəhidlərimizin adları və onların qəhrəmanlıqları  yaddaşlarda əbədi yaşayacaqdır.
Çıxış edən müəllimlər də anım günü ilə bağlı fikirlər söyləmişlər.Şagirdlər vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyib.
Tədbirin sonunda bütün müəllim və şagird kollektivi Şəhidlərin məktəb həyətində ucaldılmış abidə kompleksinə qərənfillər düzərək onların ruhlarına ehtiramlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi