Məzun Şəhidlərimizin şərəfinə ucaldılmış abidə kompleksi ziyarət olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2023-cü il tarixli F- 191 nömrəli əmri ilə təsdiq olunmuş 27 sentyabr -Anım Günü və 8 noyabr -Zəfər Günü ilə bağlı Tədbirlər Planının icrasının 5-ci bəndinin yerinə yetirilməsinin təmin edilməsi üçün məktəbdə keçirilən tədbirlərdən biri də Şəhidlərin məktəb həyətində ucaldılan büst və abidə kompleksinin ziyarət olunması və gül dəstələrinin qoyulması idi.
Şagirdlər abidənin önündə Qələbəmizi və Vətəni tərənnüm edən şeirlər söyləmiş, Şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.