Şəhid məzunumuzun məzarı ziyarət olunub

"27 Sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi Şəhidlərinin xatirəsinin yad edilməsi və 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq məktəbimizdə silsilə tədbirlər keçirilir.Belə tədbirlərdən biri də Şəhid Saleh Əliyevin məzarının məktəbin müəllimləri- Zərifə Cəfərova, Afaq Nəbiyeva, Vüsalə Ağayevanın rəhbərliyi ilə müəllim və şagird heyəti tərəfindən ziyarət edilməsi oldu.
Şagirdlər Şəhidin məzarı önündə şeirlər, şüarlar səsləndiriblər.