"Bilik Günü" tədbiri keçirilib

       16 sentyabr 2024-cü il tarixdə məktəbdə Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə pedaqoji heyət, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təlim-tərbiyə işləri üzrə  direktor müavini Zərifə Cəfərova giriş sözü ilə çıxış edərək məktəbə ilk dəfə qədəm qoyan birinciləri və təhsilini davam etdirən digər şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. O, çıxışında bu gün ilk dərslərin "Yaşıl dünya naminə həmrəylik ili" mövzusuna həsr olunduğunu qeyd edib.
Birincilər də öz növbələrində çıxış edərək şeirlər söyləyiblər. Tədbirin davamında 1 və 11-ci sinif şagirdlərinin iştirakı ilə yeni tədris ilinin ilk zəngi çalınıb. Beləliklə, doğma məktəb şagirdləri yenidən öz qoynuna alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi