Əziz məzunlarımız, tələbə adınız mübarək!

       2023-2024-cü tədris ilində ali məktəblərə qəbul olunub tələbə adına layiq görülən şagirdləri təbrik edir və onlara gələcək həyat yolunda ugurlar arzu edirik.
Bu ilki qəbul imtahanlarının nəticələri Bakı şəhər Sabunçu rayonu 71 nömrəli məktəbin  məzunları üçün uğurlu olub. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 70 məzundan 57 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 9 nəfəri 500 -dən, 2 nəfər 600 -dən yuxarı nəticə göstərib. Tələbə adını qazanmış bütün məzunları təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!
     Qeyd edək ki , 11A sinfindən 19 məzunun hamısı tələbə adını qazanıb.
   Uğurlarınız davamlı olsun əziz məzunlarımız!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi