Şəhidin anım mərasimi keçirilib

16 avqust 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi Gənclər evində Vətən müharibəsi Şəhidi Əliyev Saleh Namiq oğlunun  anım mərasimi keçirildi. Vətən müharibəsi zamanı- 28 yaşında Şəhidlik məqamına ucalan Saleh Əliyevin anım tədbirində Şəhidin ailə üzvləri, Zabrat qəsəbəsindən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndələri, Şəhidin
oxuduğu 71 saylı məktəbin direktoru başda olmaqla, direktor müavini, müəllimlər, eləcə də jurnalistlər iştirak etmişlər.
  Əslən Füzulidən olan, 1992-ci ilin avqust ayının18-də sadə bir ailədə dünyaya gələn və İkinci Vətən Müharibəsi zamanı - 28 yaşında Şəhidlik məqamına ucalan Saleh Əliyevə həsr olunmuş bu tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra çıxışlar edilib.
Çıxışlarda Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs edilib, İgidliyindən, qəhrəmanlığından danışılıb.
  Tədbirdə 71 nömrəli tam orta məktəbin direktoru Yasın Quliyevə də söz verilmiş və o, Şəhid Saleh Əliyev və onun timsalında bütün Şəhidlərimizin qəhrəmanlığı, şücaəti haqqında dolğun və məzmunlu çıxış etmiş,eləcə də bu cür qəhrəman oğullarımızın canı, qanı hesabına əldə edilmiş torpaqlarımızın Ali Baş Komandan,Prezident İlham Əliyevin peşəkar fəaliyyəti, uzaqgörən siyasəti sayəsində daha da çiçəklənəcəyini, ölkəmizin inkişaf edərək ən qabaqcıl ölkələr sırasında olacağını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Daha sonra isə, məktəbin 4 ç sinif şagirdləri sinif rəhbəri Ülviyyə Xudaverdiyevanın təşkilatçılığı ilə Şəhid Saleh Əliyev haqqında hazırladıqları kompozisiyanı tədbir iştirakçılarına təqdim etmişlər.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi