Məktəb kollektivi Şəhidin ailəsini ziyarət ediblər

Məktəbin şagird və müəllim kollektivi Qarabağda gedən antiterror əməliyyatlarında Şəhid olan Bakı şəhəri Sabunçu rayonu Elxan Misirxanov adına 71 N°- li tam orta məktəbin məzunu Qasımlı Nicat Elşən oğlunun adına tikilmiş "Bulaq-abidə kompleksi"nin açılışında iştirak etmişlər. Məktəbin direktoru Yasin Quliyev çıxış edərək Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş Şəhidimizin həyat və döyüş yolu haqqında danışmış,onu ehtiramla yad etmişdir. O,qeyd etmişdir ki, bu cür tədbirlərin təşkil olunmasında əsas məqsəd, şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması,bizə çox əziz olan Şəhidlərimizin unudulmaması və onların daim yad olunaraq şərəfli ömür yolları haqqında məlumatların şagirdlərə çatdırılmasından ibarətdir. Ürəyi Vətən eşqi ilə döyünən Nicat, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalmış və  bütün Şəhidlərimiz kimi daim xalqımızın qəlbində yaşayacaqdır.
     Allah bütün Şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi