Məktəbli forması

Nazirlər Kabinetinin qərarına əsasən, ötən ildən ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq edilmişdir. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulmuşdur.
71 №- li tam orta məktəb üzrə 2024/2025-ci tədris ilində şagirdlərin istifadə edəcəyi məktəbli forması aşağıda göstərilən şəkillərdəki kimi təyin olunmuşdur.
Məktəbli forması Şagird Davranış Qaydalarına əsasən mütəmadi olaraq məktəb rəhbərliyi tərəfindən yoxlanılacaq.
Valideynlərin bu barədə ətraflı məlumat əldə edərək yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməsi tövsiyə olunur.