Məzunlara attestatlar təqdim olunub

10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na əsasən məzunlara tam orta təhsil haqqında attestatlar təqdim olunub. Məktəbin direktoru Yasin Quliyev bütün kollektiv adından məzunları təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.