2023-2024-cü tədris ilinin yekununa dair Pedaqoji Şuranın sonuncu iclası keçirilib

       28 iyun 2024-cü il tarixdə məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq pedaqoji şuranın iclası  keçirilib. İclası giriş sözü ilə məktəbin direktoru Yasin Quliyev açaraq ilk öncə 21, 22 və 24 iyun tarixlərində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimləri təbrik etmiş və müsahibə mərhələsində də onlara kollektiv adından uğurlar arzulamışdır.
Daha sonra 2023/2024-cü tədris ilinin yekunları,  şagirdlərin göstərdiyi təlim nailiyyətlərinin nəticələri, il ərzində həyata keçirilən layihələr, müsabiqələr, olimpiadalar çərçivəsində həyata keçirilən işlər haqqında məlumat verilib. Həmçinin şagirdlərin nailiyyətləri, monitorinq nəticələri, lX və Xl sinif şagirdlərinin buraxılış imtahan nəticələri haqqında geniş məlumat verilib. 2023-2024 cü tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesinin müvafiq əmr və təlimatlara uyğun təşkil olunduğu və bu istiqamətdə görülən işlər barədə  direktor müavinləri Zərifə Cəfərova, Elnurə İsmayılova, təşkilatçı Seyidbalayeva Şəhla, məktəbin psixoloqları Turanə İmaməliyeva, Günel Nəsirzadə hesabat veriblər.
ll Yarımilin və BSQ-lərin nəticələrinin, təkrar sinifdə saxlanılan,  yay-tədris tapşırıqları alan, həmçinin I-IV ,V- IX, X-XI siniflərdə aparılmış monitorinqlərin təhlili və müzakirəsi aparılıb. Tədris ilində aparılan məktəbdaxili və məktəbdənkənar işlərdən və məktəbin il ərzində qazandığı uğurlarından  danışılıb. Məktəbdaxili qiymətləndirmə, monitorinqlərin nəticələri, şagird göstəriciləri, buraxılış siniflərin nəticələri müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi