Sertifikasiya imtahanında uğur qazanan müəllimlərimiz....

       İyunun 22-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin imtahanı keçirilmişdir.
Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərimizin hər biri uğurlu nəticələr əldə etmişdir.
     Test imtahanında məktəbimizin ingilis dili müəllimi Hüseynova Günel 58 bal toplayaraq yüksək nəticə əldə etmiş və  məktəb birincisi olmuşdur.
    Digər ingilis dili müəllimləri də Abbasova Qızyetər 57 bal, Mustafayeva Xəyalə 56 bal, Zülfüqarova Elnarə 54 bal, Şükürova Alidə 53 bal, Quliyeva İlahə 50 bal, Mikayılova Fərqanə 50 bal toplayaraq uğur qazanmışlar.
     Sertifikatlaşdırmada iştirak edən müəllimlərimizi məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv adından təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!


Müəllimlərimizin uğuru 71 ailəsinin uğurudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi