Sertifikasiya imtahanında uğur qazanan müəllimlərimiz

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində ümumi təhsil müəssisələrində çalışan riyaziyyat müəllimlərinin imtahanı keçirilmişdir.
Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərimizin hər biri uğurlu nəticələr əldə etmişdir.
Test imtahanında məktəbimizin riyaziyyat müəllimi Nuriyeva Esmira 57 bal toplayaraq yüksək nəticə əldə etmiş və məktəb birincisi olmuşdur.
Digər riyaziyyat müəllimləri də Aydan İslamzadə 55 bal, Zeynalova Zəkiyyə 54 bal, Mehdiyeva Samirə 54 bal, Həsənova Elnarə 51 bal, Adilova Vüsalə 50 bal toplayaraq uğur qazanmışlar.
Sertifikatlaşdırmada iştirak edən müəllimlərimizi məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv adından təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!
Müəllimlərimizin uğuru 71 ailəsinin uğurudur.