Sabunçu rayonu E. Misirxanov adına 71 №-li orta məktəbin 7a sinif şagirdi Hüseynov Kamal Elçin oğlu Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadasının final mərhələsinin iştirakçısı olduğuna görə İstək Liseyi tərəfindən sertifikat təqdim olunmuşdu.Bu münasibətlə məktəbin direktoru Mahirə Qocayeva onu təbrik edərək uğurlar arzuladığını qeyd etdi.