"Son zəng"

       Hər il olduğu kimi, bu il də məktəbdə məzunlarla son görüş - “Son zəng” tədbiri keçirilib. Tədbirdə Şəhid məzunumuzun  anası Solmaz Əliyeva, Sabunçu rayonu İcra nümayəndəliyinin müavini Vahid Kərimov, məktəb rəhbərliyi ,  müəllim-şagird kollektivi, XI siniflərin valideynləri iştirak etmişlər.
İyunun 14-ü 2024-cü il tarixdə keçirilən  "Son zəng" tədbiri  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təlimatı və ssenarisinə əsasən iki hissədə (rəsmi və bədii) təşkil olunmuşdur.
  Tədbirə başlamamışdan öncə, məzunlarımız milli musiqi sədaları altında  öz yerlərini almışlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnilə başlamışdır.  Daha sonra torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Ardınca rəsmi hissənin ssenarisinə əsasən, məktəbin direktoru Yasin Quliyev tədbir iştirakçılarını salamlamış, məzunlara xoş arzularını bildirmiş, onlara müstəqil həyatda uğurlar arzu etmişdir və o,qeyd etmişdir ki, məktəbdə  ümumilikdə 78 nəfər məzunun 32 nəfəri buraxılış imtahanında 200 baldan yuxarı bal toplayıb,16 nəfər şagirdimiz isə, fərqlənmə attestatına namizəddir.
Daha sonra isə,direktor Şagird Davranış Qaydalarına əsasən müvafiq bəndlər(akademik, sosial və.s nailiyyətlər) üzrə Xl siniflərdə fərqlənən şagirdlərin adlarını səsləndirmiş və onları "Fəxri-Fərman"la  təltif etmişdir və çıxışının sonunda tədbirin hazırlanmasında zəhmət çəkən müavinlər- Zərifə Cəfərova və Şəhla Seyidbalayevaya təşəkkürünü bildirmişdir.
Sonra məktəbin məzunu olmuş II Qarabağ müharibəsi Şəhidi Saleh Əliyevin  anası Solmaz xanım dəvət üçün təşəkkürünü bildirərək məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib və çıxış üçün söz verilən daha bir qonağımız  İcra nümayəndəliyinin müavini Vahid Kərimov da məzunlara öz arzularını bildirmişdir.
   Rəsmi hissənin yekununda 11"A" sinif şagirdi, buraxılış imtahanında "292" bal toplayan Murad Allahverdiyev bilik açarını IX sinifdə fərqlənmə attestatı almış, Şagird Davranış Qaydalarına əsasən fərqlənən 10"A" sinif şagirdi Qurbanlı Nübara təhvil vermişdir.
Bədii hissədə 11"A",11"B",11"C" sinif şagirdləri biri-birindən fərqli və gözəl rəqslərini nümayiş etdirmişlər.Məzunlar rəqs quruluşu təşkilatçı Şəhla Seyidbalayeva tərəfindən qurulmuş "Bütöv Azərbaycan "kompozisiyasını da təqdim etmişlər.
   Tədbirin sonunda sonuncu dəfə zəng səsləri səsləndirilmişdir. Zəngi çalmaq üçün səhnəyə blok və buraxılış imtahanlarının nəticələrinə görə,məktəb üzrə ən yüksək bal toplayan 11"B" sinif şagirdi Toğrul Hüseynli dəvət olunmuşdur.
   Əziz məzunlarımız, yolunuz hər zaman açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi