Şagirdimizin əl işləri

       Məktəbin "Fəaliyyət Planı"na uyğun olaraq vaxtaşırı şagirdlərimizin əl işlərindən ibarət sərgiləri təşkil olunur və onların bu bacarıqları qiymətləndirilərək təqdir olunur. Bu dəfə də məktəbin 7 "Ç" sinif şagirdi Qəşəmli Uğur məişət tullantılarından istifadə edərək müxtəlif əl işləri hazırlamışdır. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bu cür işlərin hazırlanması üçün şagirdlərimizə dəstəyimizdə əsas məqsəd ekoloji maarifləndirmə, şagirdlərin yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.
   Texnologiya fənninə, əl işlərinə marağının artırılması, bacarıq və istedadının inkişafı üçün dəstək naminə məktəbin direktoru Yasin Quliyev Uğurla görüşərək söhbət aparmış və ona bəzi tövsiyələr verərək daha  mükəmməl əl işləri hazırlaması üçün uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi