BSQ keçirilməsi yekunlaşır

2023/2024-cü tədris ilinin illik Fəaliyyət Planına əsasən, 10/06/2024-cü il tarixdə məktəbdə ll yarımil üzrə BSQ-lərin keçirilməsi davam etmişdir. Belə ki, bu dəfə BSQ yazılan tarixdə üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün yeni suallar hazırlanaraq müəyyən olunmuş vaxtda məktəb rəhbərliyinin və imtahan komissiyasının nəzarəti ilə keçirilmişdir. Keçirilən bu imtahan zamanı nəzarətçi müəllimlərin iştirakı ilə şəffaflıq və obyektivlik təmin edilmiş, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova prosesə sona qədər nəzarət etmişdir.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!