"İnsan hüquqları müdafiəsi aylığı" çərçivəsində təşkilat saatı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədər olaraq, 18 may -18 iyun tarixlərində ölkəmizdə İnsan Hüquqları Aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və İnsan hüquqlarını təmin etməkdir.
10/06/2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Rəcəbova Mətanətin rəhbərliyi ilə "İnsan hüquqları müdafiəsi aylığı" çərçivəsində 2 "A" sinif şagirdlərinin iştirakı ilə təşkilat saatı keçirilmişdir. Mətanət müəllimə mövzu haqqında şagirdlərə məlumat vermiş, məsələnin aktuallığından və önəmindən danışmışdır. Uşaq hüquqlarının öyrənilməsinin və qorunmasının vacib olduğu vurğulanmışdır. Daha sonra isə, şagirdlər mövzuyla bağlı hazırladıqları çıxışları, divar qəzetlərini təqdim etmiş, araşdırmalarını nümayiş etdirmişlər.