"Azərbaycan Dəmir Yolu" müzeyinə ekskursiya təşkil olunub

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə 08/06/2024-cü il tarixdə məktəbin 8"Ç" və 8"E" sinif şagirdləri sinif rəhbərləri Sadıqova Lamiyə və Abdullayeva Tamillanın rəhbərliyi ilə ADY muzeyini ziyarət etdilər.
Dəmir yolu və onun strateji əhəmiyyəti, dəmiryolçuların necə mühüm bir sahədə çalışması, həmçinin dəmir yollarının inkişafına töhfə verən məşhur simalar, tarixi və müasir dəmir yolları haqqında öyrənmək onlar üçün olduqca maraqlı və əyləncəli oldu. Muzeylə tanışlıq şagirdlərin böyük marağına səbəb olub və onlar muzeyə ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.