"Son zəng" tədbiri ilə əlaqədar hazırlıq işləri davam edir

       Ümumi təhsil müəssisələrində 14 iyun 2024 -cü il tarixdə keçiriləcək "Son zəng" tədbiri ilə əlaqədar məktəblərə ünvanlanmış "Tədbirin keçirilməsi qaydaları"  haqqında təlimatla Xl sinif şagirdləri maarifləndirilib. Bununla bağlı məktəbin direktoru Yasin Quliyevin iştirakı ilə keçirilən iclasda şagirdlərə təlimati qaydalarla baglı  məlumat verilərək bildirilib ki, "Son zəng" tədbirinin yüksək səviyyədə keçirilməsi ilə baglı aparılan məşqlər, görülən digər hazırlıq işləri, verilən tövsiyələr məzunlar və digər tədbir iştirakçıları üçün  yaddaqalan, unudulmaz bir gün olmalıdır. Tədbirin milli- mənəvi dəyərləri pozmayaraq, məktəb müdiriyyəti tərəfindən təsdiqlənib möhürlənmiş ssenari əsasında həyata  keçirilməsi nəzərdə tutulub. Tədbirin təhlükəsiz şəraitdə keçirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi