Şagirdimizin uğuru

Rusiya Federasiyasının Ufa şəhərində SSRİ idman ustası Farita Davletşinin xatirəsinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlanlar və qızlar arasında "LokoJudo" uşaq liqasının"A" seryası üzrə keçirilmiş beynəlxalq turnirdə 9 SNQ dövləti və Rusiya Federasiyasının 30-dan çox respublika və bölgəsinin 900-dən çox ən güclü idmançıları mübarizə aparmışdır. Sözü gedən turnirdə məktəbimizin 6"F"sinif şagirdi Qurbanov Yusif erməni rəqibi üzərində inamlı qələbə qazanaraq bürünc medal əldə etmişdir.
Məktəbin direktoru Yasin Quliyev şagirdimizi bu münasibətlə təbrik etmiş və bütün kollektiv adından ona daha böyük nailiyyətlər qazanmağı arzulamışdır.