lV siniflərdə BSQ keçirilib

2023/2024-cü tədris ilinin illik Fəaliyyət Planına əsasən, 05/06/2024-cü il tarixdə məktəbdə II yarımil üzrə BSQ-lərin keçirilməsi davam etmişdir. BSQ məktəbin illik Fəaliyyət Planına uyğun olaraq təyin olunmuş vaxtda məktəb rəhbərliyinin və imtahan komissiyasının nəzarəti ilə keçirilir. lV siniflərdə buraxılış fənləri üzrə (Azərbaycan dili,Riyaziyyat,İngilis dili) keçirilən bu imtahan zamanı nəzarətçi müəllimlərin iştirakı ilə şəffaflıq və obyektivlik təmin edilmiş, məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova prosesə sona qədər nəzarət etmişlər.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!