Korrupsiyaya qarşı mübarizə mövzusunda iclas keçirilib

04/06/2024-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq məktəb rəhbərliyinin pedaqoji heyətlə görüşü təşkil edilib.
Görüşün keçirilməsində məqsəd təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılmasından ibarət olub.
Məktəbin direktoru Yasin Quliyev tərəfindən iştirakçılara korrupsiyanın mahiyyəti, korrupsiyaya gətirib çıxaran amillər barədə danışılıb, şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb.