Elmi- praktik konfrans keçirilib

Mayın 30-u 2024-cü il tarixdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsilə bağlı Tədbirlər Planına əsasən, Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Ədəbiyyatda ətraf mühitin qorunması fikirlərinə baxış" adlı elmi-praktik konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himnilə başladı. Ardınca Şəhidlərimizin və unudulmaz Öndərimiz Heydər Əliyevin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış nitqilə Sabunçu rayonu ümumtəhsil müəssisələri Mərkəz "Kiçik Akademiya" məktəbinin direktoru Nizami Qasımzadə qonaqları salamlamış, konfrasın gedişatına uğurlar arzulamışdır.
Elmi-praktiki konfransda məktəbimizi “KA “-nın rəhbəri Şükürova Alidə , X a sinif şagirdləri Mehtixanlı Rinat və Məmmədova Turanə təmsil etmişlər.