"1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı tədbirlər həyata keçirilib

       Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məktəbin direktoru Yasin Quliyev məktəb radio qovşağı vasitəsilə çıxış edərək qeyd etdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsis olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndi və elə həmin tədbirdə 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsinə həsr etmək qərara alınmışdır.
    Direktor bu özəl gün münasibətilə bütün uşaqları təbrik edərək onlara xoşbəxtlik və parlaq gələcək arzuladı.Onlara bildirdi ki, Ulu Öndərimizdən miras qalan və bu gün onun layiqli davamçısı Prezident ,Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində çiçəklənən ölkəmizi layiqincə təmsil etmək, qorumaq üçün daim yaxşı oxumalı,biliklərini möhkəmləndirməli və elm-bilik axtarışında olmalıdırlar.
   Həftə ərzində keçirilən bütün təşkilat saatları da "1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuşdur. 1"E" sinfində sinif rəhbəri Məmmədova Diana təşkilat saatında bu mövzuda söhbət aparmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi