TARİXİN BƏXŞ ETDİYİ NADİR ŞƏXŞİYYƏT

Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi,maddi-mədəniyyət,abidələri,zəngin ədəbiyyatı,incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fərqləndiyi kimi,onun tarixini yaradan şəxsiyyətləri ilə də haqlı olaraq öyünmüşdür.Qədim zamanlardan tutmuş ,bütün tarix boyu ömrünü,düşüncəsini xalqına həsr edən müdrik rəhbərlərlərimiz,igid sərkərdələrimiz dövlətçiliyimizin qorunub saxlanmasında əllərindən gələni əsirgəməmişlər. XX əsrin ən böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyev bütün həyat və fəaliyyətini müstəqil dövlətimizin yaranmasına və inkişafına həsr etmişdir.Bəli H.Əliyev kimi şəxsiyyət dünyada az-az tapılar ki,ölkənin və millətin ən acınacaqlı vaxtında hakimiyyətə gəlməklə ,həlli düyünə düşən taleyüklü məsələləri qısa müddətdə yoluna qoya bilsin.Siyasətdə cəsarət,cəsarətdə siyasət məhz ulu öndərimizə xas olan xüsusiyyət idi.”Mən həyatda yalnız üç şeyə arxalanıram:yaradanıma,zəhmətimə,bir də xalqıma”-deyən dövlətimizin başçısı bütün fəaliyyətində yalnız bu amala sadiq qalmış,gərgin zəhməti,uzaqgörənliyi sayəsində dünyanın nəzərini Azərbaycana yönəltməklə xalqı düşdüyü bəlalardan xilas etmək yolunda cəsarətli addımlar atmışdı.Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli,müdrik,uzaqgörən dövlər xadiminin əlinə keçdi.Beləliklə xalqımızın tarixində yeni bir dövr başlandı.Bu dövrün başlangıcı-1993-cü ilin 15 iyun günü tariximizə Qurtuluş günü kimi daxil oldu.Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan dövləti məhv olmaqdan xilas edildi.Azərbaycanın parçalanıb yox olmaq qorxusu aradan qalxdı.Dövlətimizin qorunub saxlanması isə azadlığımızın,müstəqilliyimizin qorunub saxlanması deməkdir.H.Əliyev böyük inam hissi ilə demişdir:” Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır və Azərbaycanın bu günkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”. H Əliyev şəxsiyyətinin nümunəsi,onun öyrənilməsi,təbliği özü elə böyük bir mənəvi tərbiyə məktəbidir.Buna görə belə bir tədbirin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki,əgər şagirdlər,gənclər onun keçdiyi həyat yolunu öyrənərlərsə,demək bu böyük şəxsiyyətin fərdi xüsusiyyətlərindən çox böyük mənəvi tərbiyə almış olarlar. Vətən,xalq və millət sevgisinin,eləcə də qəhrəmanlığın,müdrikliyin,dərin zəkalı insanın,el ağsaqqalı olmuş xalq və millət atasının,böyük siyasi və dövlət xadiminin,fenomen insanın nə demək olduğunu dərk etdilər. Mən qürur hissi ilə deyərdim ki,”Heydər Əliyev və Azərbaycan”mövzusunda keçirilən tədbirdə şagirdlər çox yüksək səviyyədə çıxış etdilər.Və mən fəxr edirəm ki,Heydər Əliyev şəxsiyyəti və fenomeni haqqında hazırladığım tədbirə görə məktəbimizin direktoru Mahirə Qocayeva tərəfindən “Fəxri Fərman”a layiq görüldüm Tədbirin hazırlanmasında mənə dəstək olan məktəbimizin direktoru Mahirə Qocayeva və Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəmsiyyə Azəriyə öz dərin təşəkkürümü bildirirəm
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi