II yarımil üzrə BSQ-nin keçirilməsinə start verilib

     Məktəbin illik Fəaliyyət Planına əsasən, 2023-2024-cü tədris ilinin II yarımili üzrə BSQ-in keçirilməsinə start verilib.
     BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
     Böyük summativ qiymətləndirmələrin təşkili məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə aparılır. Böyük summativ qiymətləndirmələrin keçirilmə qrafiki təsdiqlənərək, müəllim, şagird və valideynlərin nəzərinə çatdırılıb.
    27/05/2024-cü il tarixdə BSQ V və Vl siniflərdə tədris dili,riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. Nəzarətçi müəllimlərin nəzarəti altında keçirilən BSQ məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üz direktor müavini Zərifə Cəfərova tərəfindən sona qədər izlənilib və şəffaflıq təmin olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi