"28 May- Müstəqillik Günü "ilə bağlı tədbir keçirilib

27.05.2024-cü il tarixdə tariximizin ən parlaq və şanlı səhifələrindən olan "28 May - Müstəqillik Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbir daha sonra Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Tədbirdə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi yaranması və onun keçdiyi tarixi yol haqqında ətraflı məlumat verildi. Xalqımızın milli mənlik şüurunu özünə qaytaran, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu göstərən AXC-nin üzərinə götürdüyü çətin vəzifələri özündə əks etdirən videomateriallar nümayiş etdirildi.
Məktəndənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, məktəbin tarix müəllimi Quliyeva Gülnaz və dil-ədəbiyyat müəllimi Sadıqova Lamiyənin hazırladıqları bu tədbirdə şagirdlərin ifasında vətənpərvərlik, azadlıq mövzusunda şeirlər səsləndirildi və musiqi tərtibatı məktəbin musiqi müəllimi Qurbanova Məryəmə məxsus olan vətənpərvər ruhda mahnılar ifa olundu.
Tədbirdə məktəb rəhbərliyi ,müəllimlər və şagirdlər iştirak edirdi. Çıxış etmək üçün söz məktəbin direktoru Yasin Quliyevə verilmişdir.O, "28 May - Müstəqillik Günü" münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu tarixi günün mühüm əhəmiyyətindən danışmış, eləcə də XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin gördüyü qətiyyətli tədbirlər, apardığı uzaqgörən siyasət və bu gün də bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçiliyimizin qorunub saxlanması yolunda gördüyü işlər barədə geniş məlumat vermişdir.
Sonda, direktor tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.