BSQ-nin keçirilməsi ilə bağlı direktoryanı iclas keçirilib

24/05/2024-cü il tarixdə 2023-2024-cü tədris ili üçun məktəbin Fəaliyyət Planına əsasən şagirdlərin bilik və bacarıqlarının ll yarımil üzrə yekun qiymətləndirilməsinin keçirilməsi ilə bağlı məktəb rəhbərliyi və metodbirləşmə rəhbərlərinin iştirakı ilə iclas keçirildi.
İclasda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə Cəfərova, Elnurə İsmayılova, eləcə də bütün fənlər üzrə metodbirləşmə rəhbərləri iştirak edirdi. BSQ-nin keçirilməsi ilə bağlı məktəbdaxili qiymətləndirmə vasitələrinin yoxlanılması, onların standartlara uyğun təşkil edilməsi haqqında geniş müzakirə aparıldı və direktorun vacib tapşırıqları dinlənildi.
Metodbirləşmə rəhbərləri də çıxış etdikdən sonra verilən suallar rəhbərlik tərəfindən cavablandırıldı.Yekun olaraq, bütün fikirlər dinlənilənilmiş və müvafiq qərarlar qəbul edilmişdir.