28 May -Müstəqillik Günü"nə həsr olunmuş sərgi keçirilib

Məktəbdə 24 may 2024-cü il tarixdə "28 May -Müstəqillik Günü"nə həsr edilmiş sərgi təşkil olunub. Sərgini məktəbin təsviri incəsənət müəllimi və "Mənim rəngli dünyam" dərnəyinin rəhbəri Abdullayeva Mətanət dərnək üzvlərinin iştirakı ilə təşkil etmişdir. Nümayiş etdirilən rəsm əsərlərində müstəqillik və vətənə məhəbbət tərənnüm edilmişdir. Sərgi hamı tərəfindən maraqla qarşılanıb.
Xalqımızın şanlı tarixinə daxil olan 28 May 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.