"Ailəm və məktəbim" layihəsi üzrə tədbirlər davam edir

24.05.2024-cü il tarixində "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbin kitabxana müdiri Mədətova Ulyaxanım və kitabxanaçı Baxşəliyeva Vüsalənin təşkilatçılığı ilə məktəbə gəlmiş valideynlər məktəbin kitabxanası ilə tanış oldular. Kitabxana müdiri kitabxananın iş fəaliyyəti və kitablarla bağlı valideynlərə məlumatlar verdi. Valideynlərlə aparılan müzakirə zamanı yekun söz ondan ibarət oldu ki, valideynlərin uşaqlara verdiyi tərbiyədə,eləcə də pedaqoji təlim-tərbiyə prosesində kitab, mütaliə əvəzsiz rol oynayır.