"Ailəm və məktəbim" və "Yaşıl dünya naminə həmrəylik ili" layihələri çərçivəsində tədbirlər həyata keçirilib

       23/05/2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" və "Ailəm və məktəbim" layihələri çərçivəsində tədbirlər həyata keçirilib. Belə ki, məktəbyanı sahədə "Ağacəkmə aksiyası" davam etdirilmişdir.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla və 6 "C" sinif şagirdlərinin iştirakı ilə keçirilən bu aksiyaya könüllü olaraq məktəb valideynləri də qoşulmuşlar.
   Məktəbə dəvət olunmuş valideynlər həm də məktəbdə keçirilən dərs prosesi, fənn kabinetləri və onların iş strukturları ilə yaxından tanış olmuşlar.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji və psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması zəminində keçirilən bu tədbir valideynlər tərəfindən rəğbətlə qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi