Ekoloji guşə və sərgi təşkil edilib

       COP 29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar məktəbin texnologiya və təsviri incəsənət müəllimlərinin rəhbərliyi ilə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Şagirdlərimizin birgə əməkdaşlığı ilə yaradılan  Ekoloji Guşədə Forma 5- Dayanıqlı İnkişaf Məqsədləri üzrə təlimata əsasən sərgilənən müxtəlif əl işləri böyük maraq kəsb etmişdir. Şagirdlər "Tullantıdan sənətə" devizi altında məişət tullantılarından, plastik butulkalardan, lazımsız əşyalardan istifadə edərək müxtəlif növ əl işləri, bəzək əşyaları hazırlayıblar. Yararsız hesab edilərək istifadə olunmayan əşyaların, tullantı materiallarının üzərində yenidən işlənilərək təkrar istifadəyə yararlı vəziyyətə gətirilib.
Sərginin keçirilməsində əsas məqsəd gənc nəslə ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların, şagirdlərə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi