COP - 29 ilə bağlı sənədli filmin nümayişi təşkil olunub

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 - cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Tədbirlər Planının 3.3 bəndi ("Təhsil müəssisələrində iqlim dəyişikliyi və COP ilə bağlı maarifləndirmə kampaniyalarının,
sərgilərin, ekspertlər tərəfindən mühazirələrin təşkili, sənədli filmlərə baxışın təşkili") üzrə məktəbin coğrafiya müəllimi Abduləzimova Susanna 23/05/2024-cü il tarixdə 6 ç sinif şagirdləri üçün film nümayişi təşkil etmişdir. Film şagirdlərin böyük marağına səbəb olmuşdur.