"Gələcəyini Qur!" layihəsi üzrə görüş keçirilib

       Mayın 21-də məktəbimizdə “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin könüllü məzunu Quliyeva Sübhanə tərəfindən X sinif şagirdləri ilə görüş keçirilib.
"Gələcəyini Qur!" Gəncliyə Dəstək Layihəsi artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərən təhsil təqaüd proqramıdır.Bu layihə çərçivəsində bir il boyunca:
▪️Ödənişsiz təhsil
▪️Aylıq Psixoloq görüşləri
▪️Müxtəlif təlim və tədbirlər
▪️Ödənişsiz ixtisas seçimi- nəzərdə tutulmuşdur.
   "Gələcəyini qur" layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək vermək, Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Sübhanə xanım layihənin məqsədi, seçim müddəti və icra məsələləri ilə bağlı şagirdləri məlumatlandırdı, onları maraqlandıran suallara cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi