“Dilimizi qoruyaq” şüarı altında tədbirlər həyata keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əlavə edilmiş "Dilimizi qoruyaq" şüarı altında tədbirlərin keçirilməsi ilə bağlı, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə 8 "F" və 9 "A" sinif şagirdləri jurnal hazırlamışlar.
   Jurnalın hazırlanmasında xüsusi əmək sərf edən 8"F" sinif  şagirdləri jurnalda müxtəlif rubrikalar yerləşdirmişlər. Şagirdlər müəyyən faktları “Bilirsinizmi?” başlığı altında toplayıblar.Jurnalın  səhifələrində müxtəlif mətnlər və həmin mətnlərə çəkilmiş illustrasiyalar yer alıb.
    9"A" sinif şagirdləri isə, dilimizin gözəlliyini tərənnüm edən esselər yazmışlar. Şagirdlərin işləri məktəb kollektivi tərəfindən maraqla qarşılanmışdır. Əsas məqsəd dilimizi yad sözlərdən qorumaq, kolleqrafiya və kargüzarlıq qaydalarına əməl olunmasına yiyələnmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi