Rəqəmsal bacarıqlar fənni üzrə nümunəvi dərs keçirilib

21/05/2024-cü il tarixdə 2023-2024-cü tədris ili üçün məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən informatika fənn aylığı çərçivəsində məktəbin informatika müəllimi Axundova Kəmalə 7 "Ə" sinfində "İnformasiyanın kodlaşdırılması" mövzusunda nümunəvi dərs keçmişdir. Məzmun standartlarında nəzərdə tutulan bacarıqların reallaşdırılması məqsədilə verilən tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirildi və şagirdlər hazırladıqları təqdimat işini elektron qaydada təqdim etdilər.
Dərsdə informatika fənni üzrə metodbirləşmə rəhbəri Abidə Sadıqova və informatika müəllimləri iştirak etmişlər.