Rəqəmsal bacarıqlar fənni üzrə nümunəvi dərs keçirilib

       20/05/2024-cü il tarixdə 2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən informatika fənn aylığı çərçivəsində məktəbin informatika müəllimi Mustafayeva Türkan 7 "F"sinfində "Tam ədədlərin kompüterin yaddaşında təsviri" mövzusunda nümunəvi dərs keçmişdir. Məzmun standartlarında nəzərdə tutulan bacarıqların reallaşdırılması məqsədilə verilən tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirildi və şagirdlər hazırladıqları təqdimat işini elektron qaydada təqdim etdilər.Dərsin əsas məqsədi tam mənfi olmayan ədədlərin kompüterin yaddaşında necə saxlandığı haqqında təsəvvür formalaşdırmaq idi.
Dərsdə informatika fənni üzrə metodbirləşmə rəhbəri Abidə Sadıqova və informatika müəllimləri iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi