İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusu üzrə dərs- məşğələ keçirilib

       16.05.2024-cü il tarixdə məktəbin informatika müəllimi Həsənova Aytən 8 a sinif şagirdləri ilə "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik" üzrə maarifləndirmə tədbirlərinin keçirilməsinin təşkili istiqamətində məşğələ keçmişdir. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşmasında maarifləndirmə mühüm rol oynayır. İnformasiya texnologiyalarının yüksək sürətlə inkişafı və dəyişməsi ona bağlı informasiya təhlükəsizliyi tələblərinin daim təkmilləşdirilməsinə ehtiyac yaradır. Qeyd edilən səbəblərdən də intensiv inkişaf və yeniliklər nəzərə alınmaqla, maarifləndirmə tədbirləri mütəmadi olaraq, günün tələbinə uyğun aparılmalıdır. Məşğələnin əvvəlində mövzu ətrafında   suallar və buzqıran fəaliyyəti tətbiq edildi. Mövzu üzrə məlumatlar audutoriyaya slaydlar üzərindən (TEDx formatında) ötürüldü. Şagirdlər interaktiv çıxışlarla fəaliyyətdə oldular.  Sonda refleksiya olaraq yumaqla aktivit tətbiq edildi. Bu zaman "Dünya Hörümçək Toruna" bənzər görünüşlə informasiya təhlükəsizliyi aləminə qısa "səyahət" edildi.
Çox maraqlı keçən bu dərs-məşğələdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, informatika fənni üzrə metodbirləşmə rəhbəri Sadıqova Abidə, informatika müəllimi Axundova Kəmalə iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi