"Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri "ilə bağlı dərs - məşğələ keçirilib

       16.05.24-cü il tarixdə "Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında Tədbirlər Planı" na uyğun olaraq məktəbin biologiya müəllimi Zərifə Cəfərova 7 ç sinif şagirdləri ilə  "Qəhvəyi mərmər bağacığın bitkilər aləminə vurduğu zərər və mühafizə üsulları" haqqında maarifləndirici söhbət aparıb. O, mövzu ilə bağlı ətraflı məlumat verərək bildirdi ki, qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərrüfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı respublikamızın 8 rayonu üzrə 34 yaşayış məntəqəsində aşkarlanmışdır və növbəti illərdə ölkə ərazisində geniş yayılması riski yüksəkdir. Qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır və onlardan 113-ü Azərbaycan florasında mövcuddur.  Zərərverici yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Bir evdə bir neçə min bağacıq yığıla bilər. İnsanlar üçün heç bir zərəri yoxdur. Evlərdə, tikililərdə müşahidə edilən qəhvəyi mərmər bağacıqları mexaniki yolla (əllə və digər vasitələrlə) yığılaraq məhv edilir.
Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq və tünd rəngli ləkələrin növbələşməsi vizual olaraq məxmər görüntüsün yaradır ki, həşəratın adı buna uyğun adlandırılır. Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda, sığınacaqlarda qışlamağa üstünlük verirlər.
     Daha sonra isə, şagirdlər mərmər bağacığın təbiətə vurduğu zərərdən, qarşısının alınma üsullarından danışdılar, bağacıq haqqında hazırladıqları təqdimatları təqdim etdilər və eləcə də praktiki olaraq məktəbin həyətyanı sahəsində- bağda həşəratın zərər verə biləcəyi meyvə və tərəvəzlər haqqında məlumat verdilər.
   Şagirdlərin araşdırma xarakterli məlumatları dinlənilərək mövzu ətrafında müzakirə aparıldı.Qeyd olundu ki, bağacıq aşkar edildikdə yığılaraq məhv edilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi